“Əgər təklif olsa, MKİ rəhbəri olmaq istərdim” Kennedi

22.05.2025

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


ABŞ-də seçki yarışına müstəqil namizəd kimi qoşulan kiçik Robert Kennedi belə bir təklif olacağı təqdirdə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri postunu tutmaq istədiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə amerikalı jurnalist Taker Karlsonla müsahibəsində bildirib.
“Bəli, mən razı olardım, ancaq ABŞ Konqresinin Senatı tərəfindən heç vaxt təsdiqlənməzdim”, - kiçik Kennedi qeyd edib.
Onun sözlərinə görə, ABŞ kəşfiyyat xidmətləri Senatın çox güclü komitələri tərəfindən qorunur.
“Mən o komitələrdəki insanlar üçün çox təhlükəli olardım”, - o, əlavə edib.
Qeyd edək ki, keçən həftə kiçik Kennedi kampaniyasını dayandırdığını və prezidentlik yarışında Respublikaçı namizəd Donald Trampı dəstəklədiyini açıqlayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью