Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Rusiya qüvvələri Donbasın şərqində cəmləşdirib. İllərdir düşmən qalalara çevrilmiş Slavyansk və Kramatorsk şəhərlərini ələ keçirməyə çalışır.
Axar.az xəbər verir ki, bu barədə “Skay Nyus”un analitiki Maykl Klark bildirib.
O vurğulayıb ki, sözügedən şəhərlər Donetsk bölgəsinin Ukrayna ordusunun nəzarətində qalan 20% ərazinin müdafiəsində əsas rol oynayır:
“Bu şəhərlərin itirilməsi şərq cəbhə xəttinin dağılmasına səbəb olacaq. Əgər Slavyansk və Kramatorsk ələ keçərsə, qalan ərazilər də əldən gedəcək. Slavyansk tarixi və siyasi cəhətdən çox vacibdir, çünki ukraynalılar onu 2014-cü ildə geri alıblar".