Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qərb Ukrayna münaqişəsində uğursuzluğa düçar olub.
Axar.az xəbər verir ki, bunu Finlandiyanın milli-mühafizəkar Azadlıq Alyansı Partiyasının üzvü Armand Mema bildirib.
“Biz artıq Ukraynadakı münaqişəni uduzmuşuq və onun davam etdirilməsinə töhfə versək, xüsusən də Ukrayna üçün vəziyyəti daha da pisləşdirəcəyik”, - deyə siyasətçi qeyd edib.