EGMO nun 3 bürünc medalı bizim qızların oldu

15.04.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Qızlarımız XV Avropa Qızlar Riyaziyyat Olimpiadasından (EGMO 2026) 3 bürünc medalla qayıdıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Bildirilib ki, Fransanın Bordo şəhərində keçirilən olimpiadada Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu və 10-cu sinif şagirdləri Gülay Əlizadə və Zeynəb Umudlu, həmçinin Bakı şəhəri 236 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Ləman Nəbiyeva fərqləniblər.

Riyaziyyatçı qızlarımızı təbrik edirik!


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью