Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, əhali artımı mənzil qiymətlərinin yüksəlməsi ilə nəticələnə bilər.
Akif Nəsirli
“Şəhərlərin bu qədər əhali yükünü qaldırması əsasən infrastruktura, mənzil təminatına, təbii resurslara və iqtisadi imkanlara bağlıdır. Yol, nəqliyyat, su və enerji təchizatı kimi infrastruktur imkanları hazırkı böyük şəhərlərdə müəyyən problemlər yarada bilər. Əhali artımı mənzil qiymətlərinin yüksəlməsi və informal məhəllələrin yaranması ilə nəticələnə bilər. Su və enerji ehtiyatlarının yetərliliyi də böyük şəhərlərdə limit faktorudur.
Texniki baxımdan 6,7 milyon nəfərlik şəhər əhalisi mümkündür, amma bu yalnız planlı şəhər inkişafı, resursların idarəsi və iqtisadi imkanların artırılması ilə reallaşa bilər. Hazırkı vəziyyətdə bəzi şəhərlər üçün bu yük çox ola bilər və urban problemlərin artmasına səbəb ola bilər”-deyə Akif Nəsirli qeyd edib.
Günel Həsənova, Bizimyol.info