Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Azərbaycanda əhalinin banklara yatırdığı əmanətlərin həcmi kreditlərdən daha sürətlə artır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 1 iyul 2026-cı il tarixinə fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 17 milyard 823,6 milyon manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15,5% artıb.
Bu dövrdə banklardakı kreditlər də artıb. DSK xəbər verir ki, 1 iyul 2026-cı il tarixinə iqtisadiyyata kredit qoyuluşlarının həcmi 33 milyard 881,1 milyon manata yüksəlib. Bu göstərici son bir ildə 12,1% artıb.
Əhalinin banklara yatırdığı əmanətlərin həcminin artması nə ilə bağlıdır, əhalinin gəlirləri artıb?
Məsələ ilə bağlı iqtisadçı-eskpert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, əhalinin gəlirləri artmayıb və indiki vəziyyətdə arta da bilməz:
“Çünki ölkədə iqtisadi artım yoxdur. Səbəb ondan ibarətdir ki, ölkədə biznes, sahibkarlıq mühiti yoxdur. Əvvəllər kimsə biznesə pul qoymaq istəyirdisə, indi qoymağa yer yoxdur.
Gəlib banka yatırırlar ki, heç olmasa əmanətdən faiz qazansınlar. Kredit də ona az götürülür ki, ölkədə sahibkarlıq, investisiya mühiti çox kövrəkdir”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər: gəlir Əkrəm Həsənov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin