Əhali dərman və yanacağın yüksək qiymətlərindən narahatdır Kobaxidze

26.01.2026

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Əhalinin geniş təbəqəsi dərmanların və yanacağın yüksək qiymətlərindən narahatdır".

24News.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze "İmedi" televiziyasının efirində bildirib.

Hökumət başçısının sözlərinə görə, hazırda ərzaq qiymətləri ilə bağlı mövcud olan hökumət koordinasiya komissiyası dərman və yanacaq üzərində də işləyəcək:

"Əhalinin geniş təbəqəsini, təbii ki, dərmanların yüksək qiymətləri də narahat edir və bu məsələnin spesifikası çox oxşardır. Burada da idxal, distribusiya və daha sonra aptek şəbəkələri mövcuddur. Məsələlərin mahiyyətcə oxşar olmasını nəzərə alaraq, eyni yanaşma yanacaq sahəsinə də aiddir. Buna görə də bütün bu məsələləri birləşdirməyə qərar verdik. Nəticə etibarilə, bunların hamısı əhalimizin böyük əksəriyyətinin, demək olar ki, bütün vətəndaşların istifadə etdiyi ilkin istehlak məhsullarıdır. Məsələlərin ciddiliyini və qarşılıqlı əlaqəsini nəzərə alaraq, komissiyanın fəaliyyəti çərçivəsində hər üç mövzunu əhatə etməyə qərar verdik”, – deyə Baş nazir bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью