Əhali ərzaq və içkiyə nə qədər pul xərcləyib? MƏBLƏĞ

13.10.2025

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 46422,8 milyon manatlıq, o cümlədən 25359,1 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 21063,7 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Bu barədə Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə 6,8 faiz artıb.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью