Əhali geyimə nə qədər pul xərcləyib?

27.06.2025

Icma.az, Metbuat saytına istinadən bildirir.

Bu ilin yanvar-may aylarında əhali toxuculuq məhsulları, geyim və ayaqqabılara 3 milyard 40,2 milyon manat pul xərcləyib.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz artıb.

İstehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 13 faizi bu kateqoriyaya sərf edilib.

Xatırladaq ki, 2024-cü ildə isə geyim məhsullarına, ümumilikdə, 9 milyard 48,4 milyon manat xərclənmişdi.

Əlavə olaraq onu da bildirək ki, ötən beş ayda ölkədə 44 milyon manatlıq geyim istehsal edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью