Əhali üçün su təminatının qiyməti limitə keçir

18.02.2026

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda su istehlakçıları üçün yeni qiymətlər elan olunacaq.

Gununsesi.info-nun əldə etdiyi özəl məlumata görə, bununla bağlı Tarif Şurasının yeni qərarı ilə suyun qiyməti bahalaşacaq. Bundan başqa su təminatı da qaz təminatı kimi limitlə müəyyən olunacaq.

Bu artımı Tarif Şurası ölkəmizin su təsərrüfatında rentabelliliyin təmin edilməsi ilə əsaslandırılacaq.

Tarif Şurasının gündəliyində olan yeni təklifə görə, 10 kuba qədər 1 manat 20 qəpik, 10-20 kub arası 1 manat 60 qəpik, 20 kubdan yuxarı isə 2 manatla hesablanması nəzərdə tutulur.

Afət

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью