Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya dünyanın böyük sivilizasiyalarından biridir və onun əsas xüsusiyyəti heç vaxt başqa xalqları özünə tabe etməməsidir.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, Rusiya həm rus xalqının, həm də Rusiya imperiyasının tərkibinə daxil olan digər etnik qrupların inkişafı üçün şərait yaradıb:
“Hamıya inkişaf etmək imkanı verirdi, onların suveren mənəvi inkişafını, dinlərini, ənənələrini və dillərini qoruyub saxlamalarını təmin edirdi”.
Rusiya prezidenti Çin və Hindistan da daxil olmaqla, digər qədim sivilizasiyalardan da danışıb və bu mədəniyyətlərin öyrənilməsinə maraq göstərdiyini bildirib.
Putin Hindistanın Baş naziri Narendra Modi ilə bu yaxınlarda baş tutan söhbətini də xatırladıb. Onun sözlərinə görə, Modi Rusiya liderinə bildirib ki, 1,5 milyard əhalisi olan Hindistanda təxminən 600 milyon insan əsas, yəni dövlətin aparıcı dilində danışır.
“Yəni əhalinin yalnız üçdə biri əsas xalqın dilində danışır. Bəs digər üçdə ikisi? Onlar öz dillərində danışırlar. Məgər bu, təəccüblü deyil? Bu, həqiqətən də heyrətamizdir!” – deyə Putin qeyd edib.