“Əhalinin 87.3 faizi bu qanunu dəstəkləyir”

08.06.2026

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Sosial şəbəkədən istifadənin yaş həddinin 16-dan başlanılması təklif olunur”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Zahid Oruc bildirib.

“Dövlət xarici mühitdə olduğu kimi, virtual aləmdə də uşaqların müdafiəsinə çalışmalıdır. 16-18 yaş arası uşaqlar üçün isə fərdi hesabların yaradılması zamanı qanuni nümayəndələrin razılığı olmalıdır. Uşaqların sosial mediadan istifadəsi ilə bağlı ictimai rəyə əsasən, əhalinin 87.3 faizi 16 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsinin qanunla tənzimlənməsini dəstəkləyir, 11 faizi isə buna razı deyil”, - komitə sədri qeyd edib. 

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью