Əhalinin artım tempində ciddi zəifləmə var Əli Əhmədov

30.05.2025

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

“Əhalinin artım tempində ciddi zəifləmə var, bu bizi narahat edir”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlament sədrinin birinci müavini Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, boşanmalar da buna öz təsirini göstərir.

Boşanmaların sosial problemlərlə əlaqədar olması ilə bağlı fikirlərə də münasibət bildirən birinci vitse-spiker bununla razılaşmayıb.

“Kifayət qədər yüksək həyat səviyyəsi olan ölkələrdə belə boşanmaların sayı Azərbaycandan qat-qat çoxdur”, - deyə o qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью