Əhalinin bank əmanətlərinin faizi artdı

18.11.2024

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əhalinin banklardakı əmanətlərinin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz artaraq 2024-cü il oktyabr ayının 1-nə milli valyuta ekvivalentində 14 milyard 164 milyon manat təşkil edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, əmanətlərin 66,0 faizi milli, 34,0 faizi xarici valyutada qoyulub:

“Xarici valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz, milli valyutada olan əmanətlərin məbləği isə 13,3 faiz artıb”.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью