Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb

25.12.2025

Icma.az bildirir, Marja.az portalına istinadən.

Bankların öhdәliklәrinin strukturunda depozit portfeli üstünlük tәşkil edir – cәmi öhdәliklәrin 72.2%-i vә ya 37 milyard 202 milyon manat. Depozit portfelinin 57.4%-i (21 milyard 354.3 milyon manat) hüquqi şәxslәrin, 42.6%-i (15 milyard 847.7 milyon manat) fiziki şәxslәrin depozitlәrindәn (fәrdi sahibkarlıqla mәşğul olan fiziki şәxslәrin depozitlәri istisna olmaqla) ibarәtdir.

Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın dərc etdiyi "Statistik bülleten- Noyabr 2025" buraxılışında bildirilir.

Fiziki şәxslәrin әmanәtlәrinin 67.5%-i (10 milyard 701.4 milyon manat) milli valyutada, 32.5%-i (5 milyard 146.3 milyon manat) xarici valyutadadır.

 Fiziki şәxslәrin әmanәt portfelinin 62.9%-i (9 milyard 963.9 milyon manat) müddәtli әmanәtlәrdәn ibarәtdir. Fiziki şәxslәrin müddәtli әmanәtlәri noyabr ayında 0.8% vә ya 80.3 milyon manat, tәlәbli әmanәtlәri isә 3.9% vә ya 218.4 milyon manat artmışdır.

2025-ci ilin noyabr ayında bank sektoru üzrә unikal müddәtli әmanәtçi sayı 2.7% (4 min 959 әmanәtçi), ilin әvvәlindәn isә 26.8% (40 min 409 әmanәtçi) artaraq 190.9 min nәfәri üstәlәmişdir. 

Hüquqi şәxslәrin tәlәbli depozitlәri 16 milyard 43.9 milyon manat olmaqla, hüquqi şәxslәrin cәmi depozit portfelinin 75.1%-ni tәşkil etmişdir. Cari ilin noyabr ayında hüquqi şәxslәrin cәmi depozit portfeli 4.1% vә ya 840.4 milyard manat artaraq 21 milyard 54.3 milyon manat tәşkil etmişdir. 

İş elanları AzVak.az-da

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью