Əhalinin banklarda nə qədər pulu var?

28.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Azərbaycanda əhalinin banklarda olan pulunun həcmi artıb.

“Cebheinfo.az” xəbər verir ki, məlumatı Azərbaycan Mərkəzi Bankı (AMB) yayıb. Məlumata görə, əhalinin banklarda olan pulunun həcmi 14 milyard 266 milyon manata çatıb.

Əvvəlki dövrdə ( 1 oktyabrda) bu rəqəm 14 milyard 164 milyon manat idi. Bu isə o deməkdir ki, əhalinin banklardakı pulu 102 milyon manat artıb.

Qeyd edək ki, məlumat 1 noyabra qədər dövrü əhatə edir.

Vilayət Muxtar
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью