Əhalinin banklardakı əmanətləri ARTIB

19.12.2024

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əhalinin banklardakı əmanətləri artıb.
Bizim.Media Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, əhalinin banklardakı əmanətlərinin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz artaraq 2024-cü il noyabr ayının 1-nə milli valyuta ekvivalentində 14266,0 milyon manat təşkil edib.
 

Əmanətlərin 66,5 faizi milli, 33,5 faizi xarici valyutada qoyulub.


Xarici valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz, milli valyutada olan əmanətlərin məbləği isə 16,5 faiz artıb.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью