Əhalinin banklardan asılılığı artıb RƏQƏMLƏR

29.01.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

2025-ci ildə Azərbaycan banklarının istehlak kreditləri portfeli 9 milyard 354,2 milyon manata çatıb

Bakıvaxtı.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 909,2 milyon manat və ya 10,8% artım deməkdir.

Belə ki, ötən ilin eyni dövründə bankların istehlak kreditləri portfeli 8 milyard 445 milyon manat idi.

Portfelin digər dövrlər üzrə dinamikası da artımı təsdiqləyir. Ötən ilin sonu (8 milyard 445 milyon manat) ilə müqayisədə artım 909,2 milyon manat (10,8%) təşkil edib. Aylıq müqayisədə isə portfel 35,4 milyon manat (0,4%) böyüyüb.

Xatırladaq ki, bankların istehlak kreditləri portfeli ötən ilin dekabrın 1-nə 9 milyard 318,8 milyon manat, 2024-cü ilin sonunda 8 milyard 445 milyon manat təşkil edirdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью