Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09.11.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-ın Vaşinqton Dövlət Universitetinin apardığı tədqiqata görə, Azərbaycan əhalisi illik gəlirlərinin 48,5 faizini yanız ərzağa xərcləyib.
ABŞ-ın Pullman şəhərində yerləşən Vaşinqton Dövlət Universitetinin dünya ölkələri üzrə əhatə edən tədqiqatarı Universitetin eyni adlı jurnalında dərc olunub.
Jurnalın məlumatına görə, dünyada ərzağa ən az pul xərcləyən ilk onluğa ABŞ (6,8 faiz), İrlandiya (7,1 faiz), Sinqapur (8,1 faiz), Böyük Britaniya (8,9 faiz), Kanada (9,1 faiz), Almaniya, Hollandiya, və Danimarka (11,4 faiz), İsçevrədə (11,6 faiz) və Finlandiya (12,1 faiz) daxildir.
Dünya üzrə illik gəlirlərini ərzağa ən çox xərcləyən ölkə isə Azərbaycandır.
Azərbaycanın başçılıq etdiyi siyahıya Pakistan (45,4 faiz), Kenya (44,9 faiz), İndoneziya (44,1 faiz), Belarus (44 faiz), Əlcəzair (43,8 faiz), Gürcüstan (42,3 faiz), Mərakeş (40,3 faiz), Nigeriya (40,1 faiz), Vyetnam (38,5 faiz) daxildir.
Bizim üçün maraq kəsb edən ölkələr üzrə isə vəziyyət belədir: Ukrayna (42,2 faiz), Qazaxıstan (34,5 faiz), Rusiya (29, 4 faiz), Türkiyə (24,5 faiz).
Əhalisinin sayı çox olan Çində bu göstərici 33,9 faiz, Hindistanda isə 25,8 faiz qeydə alınıb.
Bəs ölkəmizdə bu göstəricinin yüksək olmasına səbəb nədir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, əhalinin gəlirləri və xərcləri təhlil olunarkən onun içərisində ərzaq məhsullarının daha çox yer tutması ilk növbədə həmin ölkənin iqtisadi inkişaf səviyyəsi ilə bağlıdır:
“Belə ki, iqtisadi cəhətdən daha çox inkişaf etmiş ölkələrdə əhalinin xərclərində ərzaq məhsulları az yer tutur. Çünki həmin ölkələrdə əmək haqqı da yüksək olur. O ki, qaldı bizim ölkəmizin bu siyahıda lider olmasına... Bunun iki səbəbi var. Birinci səbəb odur ki, bizim xalq yemək məsələsində çox həssasdır.
Başqa şeyləri təxirə salmaq hesabına olsa da, yemək-içməyimizə korluq vermirik. Çox zamanda bu sahədə yersiz israfçılıq edirik. Bu səbəbdən də ərzağa çox pul xərcləyirik.
Digər səbəb ölkəmizin hələki inkişafda olmasıdır. Bilirsiniz ki, ərazi bütövlüyümüzü yenicə bərpa eləmişik. Yalnız indi-indi bütün diqqətlər iqtisadi inkişafa yönəlib. Ölkəmiz iqtisadi cəhətdən qüdrətləndikcə əmək haqlarımız artacaq və bu hesaba da xərclərimizdə ərzağın payı tədricən azalacaq”.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью