Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Cari ilin iyul-sentyabr aylarında Azərbaycanda əhalinin borclanma səviyyəsində artım tendensiyası qorunub saxlanılıb.
“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə sorğuda iştirak edən bankların 78 faizi vətəndaşların borclanma göstəricilərinin sabit qaldığını, 22 faizi isə orta templə yüksəldiyini qeyd edib. Müvafiq olaraq, rüblük diffuziya indeksi 17 faiz səviyyəsində formalaşıb ki, bu da borclanma dinamikasının davamlılığından xəbər verir.
Eyni zamanda, III rüb ərzində ümumi istehlak kreditlərinin verilmə şərtlərində cüzi sərtləşmə qeydə alınıb. İpoteka kreditləri üzrə standartlar isə əvvəlki rüblə müqayisədə sabit qalıb. Sorğu iştirakçıları növbəti rübdə istər istehlak, istərsə də ipoteka kreditləşməsi standartlarında hər hansı dəyişiklik gözləmədiklərini vurğulayıblar. Bakıda online alış-veriş
Bank sektorundan toplanan məlumatlara görə, 2026-cı ilin üçüncü rübündə həm istehlak, həm də ipoteka kreditlərinə olan müştəri tələbində artım müşahidə edilib. Bununla belə, maliyyə qurumları qarşıdakı rübdə hər iki kredit növü üzrə tələbin mövcud səviyyədə qalacağını proqnozlaşdırırlar.