Əhalinin NƏZƏRİNƏ: Bu avtobuslar ödənişsiz xidmət göstərəcək Yeni Sabah

07.11.2024

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Heydər Əliyev Beynəlxalq Hava Limanı sərnişinlərə müraciət edib.

 “Yeni Sabah” xəbər verir ki, müraciətdə COP29 müddətində (10-22 noyabrda) H1 və H2 ekspress avtobuslarının intervalının azaldılacağı bildirilib.

Qeyd edilib ki, H1 avtobusu 10 dəqiqəlik intervalla “28 May” metro stansiyası, H2 isə 15 dəqiqəlik intervalla “Əhmədli” metro stansiyası marşrutları üzrə fasiləsiz və ödənişsiz xidmət göstərəcək.

Sərnişinlərdən mümkün nəqliyyat məhdudiyyətlərini nəzərə alaraq, uçuşdan ən azı 3 saat əvvəl hava limanında olmaları və vaxt itkisini azaltmaq üçün onlayn qeydiyyatdan keçmələri xahiş olunur.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью