Əhalinin nəzərinə: Bu məhsullar bahalaşdı, üstəlik keyfiyyətsizdir EKSPERT | Icma.az
Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gigiyenik məhsullar 5-6 manat dəyərində olduğu halda, mağazalarda 10-12 manata qədər bahalaşma baş verib.
Bir sual da doğur ki, Ölkədəki İran mağazalarında çox ucuz qiymətə və keyfiyyəti qat-qat yüksək olan məhsullar var, ancaq ortalıqda söz-söhbət gəzir ki, istifadə etmək zərərlidir, tərkibinə nələrsə qatırlar.
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, bütün sahələrdə bahalaşma gedir.
Ölkədə dayanmadan, hər gün, hər həftə inflyasiya gedir. Bunun böyük hissəsi süni bahalaşmadır. Yəni, heç bir iqtisadi əsası yoxdur.
Dünya bazarında da heç bahalaşma yoxdur. Sosioloq vuğulayıb ki, sadəcə bir qrup oliqarxların və şirkətlərin nəzarətində olan monopolist sahə
Sosioloqun sözlərinə görə, Azərbaycanda kimya sənayesi də var. Məsələn, Sumqayıtda gigiyenik məhsulların istehsalı çoxalıb.
Bu o deməkdir ki, qiymətlər düşməli idi. Amma təcrübə göstərir ki, bütün hallarda tam əksinə baş verir.
Tam oxu
Xəbəri oxu