Əhalinin ödənişli xidmətlərə ayırdığı vəsait artıb

15.05.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 15 may, AZƏRTAC

Cari ilin yanvar-aprel aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,6 faiz artaraq 4 milyard 502,3 milyon manat olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 414,1 milyon manatlıq xidmət göstərilib. Bu, xidmətlərin ümumi dəyərinin 75,8 faizini təşkil edib.

Bu ilin yanvar-aprel aylarında hər bir ölkə sakini orta hesabla 440,1 manatlıq və ya ötən ilin yanvar-aprel ayları ilə müqayisədə nominal ifadədə 65,7 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью