Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tayvanın Milli İnkişaf Şurasının proqnozlarına görə, ölkə əhalisinin sayı hazırkı göstəricidən 2075-ci ildə 12,15 milyon nəfərə qədər azala bilər.
Modern.az xəbər verir ki, bu, təxminən 48 faizlik azalma deməkdir.
Əhalinin azalmasının əsas səbəbləri kimi aşağı doğum səviyyəsi və əhalinin sürətlə qocalması göstərilir.
Proqnoza əsasən, 2075-ci ildə Tayvanda 15-64 yaş aralığında olan əmək qabiliyyətli əhalinin sayı cəmi 5,13 milyon nəfər təşkil edə bilər.
Bunun əksinə, 65 yaşdan yuxarı insanların sayının 6,43 milyona çatacağı gözlənilir.
Belə demoqrafik geriləmə Tayvanda ciddi işçi qüvvəsi çatışmazlığına səbəb ola bilər.
Əhali sayının kəskin azalmasının uzunmüddətli perspektivdə təkcə Tayvan iqtisadiyyatı üçün deyil, həm də ölkənin müdafiə qabiliyyəti baxımından ciddi problemə çevrilə biləcəyi bildirilir.