Əhalisi zəngin olan ölkələr YENİ SİYAHI

12.10.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünyanın ən zəngin ölkələrinin yeni reytinqi açıqlanıb. 

"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) 2026-cı il üzrə proqnozlarına əsasən, alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla, adambaşına düşən milli gəlirin ən yüksək olduğu ölkələr müəyyənləşib. Siyahıda kiçik əraziyə malik, lakin yüksək iqtisadi və maliyyə potensialı ilə seçilən ölkələrin üstünlük təşkil etməsi diqqət çəkir. 

Reytinqə görə, ilk pillədə adambaşına düşən milli gəlirin 195 min 372 dollar olduğu Lixtenşteyn qərarlaşıb. Sinqapur 173 min 708 dollarla ikinci, İrlandiya isə 159 min 129 dollarla üçüncü yerdədir. İlk onluqda Lüksemburq, Makao, Norveç, Qətər, İsveçrə, Tayvan və Bruney də yer alıb. Dünyanın adambaşına düşən milli gəliri ən yüksək olan 10 ölkəsi aşağıdakı kimi sıralanıb: 

1.Lixtenşteyn – 195 372 dollar (332 132 manat) 2.Sinqapur – 173 708 dollar (295 304 manat) 3.İrlandiya – 159 129 dollar (270 519 manat) 4.Lüksemburq – 156 719 dollar (266 422 manat) 5.Makao – 140 423 dollar (238 719 manat) 
6.Norveç – 115 548 dollar (196 432 manat) 
7.Qətər – 112 312 dollar (190 930 manat) 
8.İsveçrə – 105 680 dollar (179 656 manat) 
9.Tayvan – 98 051 dollar (166 687 manat) 
10.Bruney – 97 858 dollar (166 359 manat). 

Qeyd edək ki, siyahı alıcılıq qabiliyyəti pariteti (AQP) əsasında hazırlanıb. Bu göstərici ölkələrdə qiymət səviyyələri arasındakı fərqləri nəzərə alaraq gəlirlərin real alıcılıq imkanlarını müqayisə etməyə imkan verir. Adambaşına düşən milli gəlirin yüksək olması isə ölkədə hər bir şəxsin faktiki olaraq həmin məbləğdə gəlir əldə etməsi demək deyil. 

Gülər Həsənli 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью