Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq. Fevral ayında bir neçə maqnit qasırğası gözlənilir.
KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Okeanoqrafiya və Atmosfer Administrasiyasının (NOAA) Kosmik Hava Proqnozları Mərkəzi məlumat yayıb.
Fevralın 17 və 20-də mülayim maqnit qasırğaları proqnozlaşdırılır.
Həmin günlərdə meteohəssas və xroniki xəstəlikləri olan insanlar özlərini pis hiss edə bilərlər.
Fevralın 18, 19 və 24-də isə güclü maqnit qasırğaları baş verəcək.
Təqdim edilən günlərdə Yerin maqnit sahəsində güclü dalğalanmalar baş ağrıları, yorğunluq, qan təzyiqi problemləri və xroniki xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər.
Bu həftə boyunca – 10-16 fevral tarixləri arasında güclü maqnit qasırğaları proqnozlaşdırılmır.
Lakin fevralın 17-də mülayim, 18 və 19-da isə güclü maqnit qasırğaları gözlənilir.