Əhaliyə bəd xəbər Bu məhsullar bahalaşdı

20.11.2026

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Azərbaycanda istehlak qiymətləri 2026-cı ilin ilk 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artıb.

“Yeni Sabah” xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar-oktyabr aylarında qida məhsulları, içkilər və tütün məmulatları üzrə qiymətlər 6,8 faiz yüksəlib.

Qeyri-ərzaq malları üzrə qiymət artımı 3,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 5,4 faiz təşkil edib. Online alış-veriş

Beləliklə, qiymət artımı ən yüksək qida məhsulları, içkilər və tütün məmulatları qrupunda qeydə alınıb.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью