Icma.az, Metbuat saytına istinadən bildirir.
Bu ilin yanvar-may aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3613,9 milyon manat olub.
Bu barədə Metbuat.az-a Bakı Şəhər Statistika İdarəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,8% çoxdur.
Beş ayda paytaxtda hüquqi şəxslər əhaliyə 3133,3 milyon manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 86,7%-ni təşkil edib.