Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır. Rusiya mediası əhaliyə limonun bahalaşacağı ilə bağlı xəbərdarlıq edib.
"Ölkə.az" xəbər verir ki, Rusiyada limonun 25% bahalaşacağı bildirilib.
Buna səbəb olaraq Türkiyədə məhsulun zəif olması və Misirdən daşınma zamanı logistika ilə bağlı çətinliklərin yaranması göstərilib.
Aprelin 8-də Türkiyənin xaricə tədarükü pis hava şəraiti və məhsul çatışmazlığı səbəbindən müvəqqəti olaraq məhdudlaşdırılıb.
Sonradan ixraca icazə verilsə də, yaranan çətinliklərə görə topdansatış qiyməti artıq bazar qiymətinə yaxın olub - 180 rubl (təxminən 3.60 AZN).
Hazırda Risuya bazarlarında limon 220-230 rubla (təxminən 4.50 - 4.70 AZN) satılır.
Misir limonları isə kiloqramı 200 rubla (4 manat) satılsa da, onlar yaşıl və çox turş olurlar.
Türkiyə limonunun Rusiyada kiloqramı 350 rubldan (təxminən 7 manat) satılacağı təxmin edilir.