Əhaliyə qazla bağlı mühüm XƏBƏR: Yanvarın 6dan sonra...

01.01.2025

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hər il olduğu kimi 2024-cü ilin sonunda da qaz sayğaclarında limitlərin yenilənməsi baş verib.

Baku.ws xəbər verir ki, smart kart tipli sayğaclar dekabrın 31-dən yanvarın 1-nə keçən gecə saat 00:00-dan etibarən, yenilənməni avtomatik olaraq həyata keçiib.

Artıq dekabrın 31-i 00:00-dan sonra ödəniş olunarsa, 12 qəpikdən (1200-lük limitə əsasən) hesablanır. Mexaniki sayğaclardan istifadə edən abonentlərin limitlərinin yenilənməsi isə 5-6 yanvar tarixinə qədər çəkə bilər. Çünki abonentlər bəzən evdə olmur, bayram günlərində qonaq gedir. Lakin burada abonentlərin heç biri, hətta 5-6 gün sonra mexaniki sayğacların limitlərinin yenilənməsi prosesi həyata keçirilsə belə, heç bir narahatçılığa əsas yoxdur.

Hər bir abonentin 365 günü qorunur. Əgər bu il mexaniki sayğacla bağlı yenilənmə prosesi yanvarın 5-nə təsadüf edirsə, növbəti ilin yanvarın beşinə qədər həmin tarif və limitdən mavi yanacaq istifadə edə biləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью