Sonxeber.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Əhaliyə ŞAD XƏBƏR - Artımlar 3 milyon insana şamil ediləcək Artıq bir neçə gündür ki, 2025-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə müzakirə olunur.
BAKU.WS xəbər verir ki, fərqli dövlət qurumlarının rəhbərləri tərəfindən növbəti ildə həm sosial artımlar, həm də bu istiqamətdə həyata keçiriləcək işlərlə bağlı məlumatlar verilib.
Minimum əməkhaqqı və minimum pensiya, eyni zamanda sosial ödənişlərdə artımların edilməsi, ümumilikdə pensiyaların indeksləşdirilməsi və bu sosial islahat paketinin 3 milyona qədər insanı əhatə edəcəyi açıqlanıb.
Bəs müzakirələrdən sonra maaş və pensiyalarda neçə faiz artım olacaq? Ümumilikdə artım mexanizmi necə həyata keçirləcək?
Bu suallara cavab tapmaq üçün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramova müraciət etdik.
Deputat BAKU.WS-ə bildirdi ki, əmək pensiyalarının indeksləşdirilərək artması və minimum pensiyada artım fərqli anlayışlardır: "Minimum pensiyadakı artım Prezidentin göstərişinə uyğun olaraq həyata keçirilir və bununla bağlı dövlət başçısı tərəfindən fərman imzalanır və bu da minimum əmək haqqının artmasına gətirib çıxarır.
Əmək pensiyalarındakı artım əvvəlki ildə orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq həyata keçirilir.