Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, 2027-ci ildə yaşayış minimumu və ehtiyac meyarı 314 manat olacaq.
“Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə əsasən, gələn il ölkə üzrə yaşayış minimumunun 314 manat müəyyən edilməsi nəzərdə tutulur. Bu, 2026-cı illə müqayisədə 14 manat və ya 4,6 faiz artım deməkdir.
Layihəyə əsasən, əhali qrupları üzrə yaşayış minimumu aşağıdakı məbləğlərdə təklif olunur: Əmək qabiliyyətli əhali üçün – 334 manat; Pensiyaçılar üçün – 258 manat; Uşaqlar üçün – 274 manat.
Bundan əlavə, “Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi də müzakirə olunub.
Layihəyə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddinin 314 manat müəyyənləşdirilməsi nəzərdə tutulur. Bu göstərici isə 2026-cı illə müqayisədə 14 manat və ya 4,6 faiz çoxdur.
Mürtəza