Əhaliyə verilən içməli suyun rəngi dəyişib VİDEO

15.06.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tovuzda son günlər yağan aramsız yağışlar çaylarda selə səbəb olub.  Nəticədə rayonun bəzi kəndlərində içməli suyun tərkibində bulanma halları qeydə alınıb.
Bizim.Media xəbər verir ki, rayonun Köhnə Qala kənd sakinlərinin iddiasına görə, bu səbəbdən içməli sudan istifadə edə bilmirlər.
Sakinlərin sözlərinə görə, mənbəyini Zəyəm çayından götürən su xətti 40 ildən artıqdır ki, istismar olunur və həmin xəttin filtr sistemi artıq istifadəyə yararsız vəziyyətdədir.
Məsələ ilə bağlı Dövlət Su Ehtiyatları Agentliyindən bildirildi ki, yaranan  şəraitdə su təmizləyici qurğular gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, suyun emalı texnoloji tələblərə uyğun şəkildə həyata keçirilir və keyfiyyət göstəricilərinə davamlı nəzarət olunur. Bəzi ərazilərdə suyun rəngində və ya bulanıqlığında qısamüddətli dəyişikliklər müşahidə oluna bilər ki, bu da sel sularının çaylara təsiri ilə əlaqədardır və müvəqqəti xarakter daşıyır. Hazırda Zəyəm çayında selin istiqamətini əsas su təmizləyici qurğulardan uzaq tutmaq üçün əlavə bəndləmə işləri də aparılır.
Daha ətaflı “Xəzər TV”nin videosüjetində: 
Bizim.Media 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью