Əhaliyə XƏBƏRDARLIQ: Bu rayonda işıq olmayacaq

16.11.2024

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

Şərur şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Sfera.az xəbər verir ki, bu gün Şərur Rayon Elektrik Şəbəkəsi tərəfindən 110/35/10 kilovoltluq "Şərur" yarımstansiyasından qidalanan 10 kilovoltluq Şərur 2 nömrəli hava elektrik verilişi xətti Şəhidlər Memorial Abidə Kompleksinin tikintisi ilə əlaqədar xəttin köçürülməsi məqsədilə sifarişə əsasən açılacaq.

Bununla əlaqədar Şərur şəhərinin bir hissəsində saat 11:30-dan 13:00-a qədər elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью