Əhaliyə XƏBƏRDARLIQ! Son 1 ayın ən güclü...

06.10.2026

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Günəşdə gücü M sinfinə aid olan güclü partlayış baş verib.

BAKU.WS xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutunun məlumatına görə, hadisə oktyabrın 5-də Bakı vaxtı ilə saat 22:48-də qeydə alınıb.

Rentgen diapazonunda müşahidə olunan partlayış Günəşdəki 4545 nömrəli ləkələr qrupunda (N19E10) baş verib. M1.1 sinifli partlayış təxminən 30 dəqiqə davam edib.

Məlumata görə, bu gücdə partlayış sonuncu dəfə təxminən bir ay əvvəl müşahidə olunub.

Günəş partlayışları zamanı plazma kütləsinin kosmosa atılması mümkündür. Belə plazma axınları Yerə çatdığı halda maqnit qasırğalarına səbəb ola bilər. Lakin mütəxəssislər hazırkı partlayışın Yerə hansı təsirləri göstərə biləcəyini hələ açıqlamayıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью