Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sentyabrın 6-da Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası Ali Məclisinin növbəti iclası keçirilib.
ƏHD Partiyası mətbuat xidmətindən xalqcəbhəsi.az-a verilən məlumata görə, gündəlikdə olan məsələlərlə bağlı partiyanın Ali Məclis sədri Vaqif Abışov məlumat verib.
İclasda təşkilati məsələlər, respublikada və dünyada ictimai-siyasi vəziyyət, partiyanın qarşısında duran vəzifələr, eləcə də cari məsələlər müzakirə olunub.
Partiyanın təşkilati məsələlər üzrə katibi Niyaməddin Orduxanlının Baş katib vəzifəsinə təyinatı, Şəbnəm Məmmədovanın isə Ali Məclis üzvlüyü təsdiq edilib.
ƏHD Partiyasının sədri, millət vəkil Qüdrət Həsənquliyev respublikada və dünyada ictimai-siyasi vəziyyət və partiyanın qarşısında duran vəzifələrlə bağlı məruzə edib.
Qüdrət Həsənquliyev Amerika Birləşmiş Ştatlarında qəbul edilən Vaşinqton Bəyannaməsinin əhəmiyyətindən danışıb, Ermənistanla Azərbaycan arasında sülh sazişi üçün yaranan imkanı dəyərləndirib, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünün əngəllənməsinə münasibət bildirib və digər məsələlərlə bağlı fikirlərini bölüşüb.
Daha sonra ƏHD Partiyasının Baş katibi Niyaməddin Orduxanlı çıxış edib. O, göstərilən etimadı doğruldacğını bildirib.