Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyəti partiyanın Lənkəran rayon təşkilatının sədr müavini Etibar Nəsirovun vəfatı ilə əlaqədar başsağlığı verib.
Partiyanın mətbuat xidmətindən Xalqcəbhəsi.az-a verilən məlumata görə, başsağlığında deyilir:
“Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyəti partiyanın Lənkəran rayon təşkilatının sədr müavini Etibar Nəsirovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!”.