ƏHD Partiyası sədrindən bayram təbriki | Icma.az
Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri, millət vəkili Qüdrət Həsənquliyev Qurban Bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.
Təbrikdə deyilir: “Əziz həmvətənlər! Sizi müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailələrinizə əmi
Qurban bayramı insanlıq tarixində ən yüksək mənəvi dəyərlərin – fədakarlığın, mərhəmətin, səxavətin və Allaha yaxınlığın təcəssümüdür.
Bu bayramda insanlar yalnız bir dini vəzifəni yerinə yetirmir, həm də mənəvi saflaşma və ruhani ucalma mərhələsindən keçir, paylaşmaqla, ehtiyac sahiblərinə əl uzatmaqla kamilliyə doğru addımlayır.
Əsrlər boyu xalqımız bu bayramı dərin ehtiramla qarşılamış, onu sadəcə dini ənənə kimi deyil, həm də ailə bağlarının möhkəmləndiyi, insanın öz vicdanı ilə baş-başa qaldığı, qəlblərin birləşdiyi müstəsna günlər kimi yaşatmışdır.
Hər bayramda bir süfrə başında toplanan ailələr, bir-birini sevindirən qonşular, imkansızlara əl tutan insanlar bizim milli kimliyimizin, mənəvi zənginliyimizin ifadəsidir.
Bu bayram həm də bizə xatırladır ki, həyatın dəyəri yalnız maddiyyatda deyil, insani münasibətlərdə, paylaşmaqda, vəfa və sədaqətdədir.
Tam oxu
Xəbəri oxu