Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev barəsində Cinayət Məcəlləsinin hansı maddəsi ilə iş başlanıldığı məlum olub.
Demokrat.az xəbər verir ki, bu barədə "Unikal"a Əhdiman Osmanovun vəkili Yusif Seyfəlov və Həsən Əliyevin vəkili Tehran Hacıyev məlumat verib.
Onların sözlərinə görə, Əhdiman Osmanov, eləcə də tanışı Həsən Əliyev barəsində Cinayət Məcəlləsinin 242-ci (Pornoqrafik materialları və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya video materiallar, şəkillər və sair əşyalar ilə qanunsuz ticarət) maddəsi ilə cinayət işi başlanılıb.
Əgər onların bu əməli sübuta yetirilərsə, Əhdiman Osmanovu və Həsən Əliyevi üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.
Araşdırmalar davam etdirilir.
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, bu barədə "Unikal"a Əhdiman Osmanovun vəkili Yusif Seyfəlov və Həsən Əliyevin vəkili Tehran Hacıyev məlumat verib.