Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“TikTok” platformasında Ehdiparfum (Ehdiman Osmanov) ləqəbi ilə tanınan fenomenə aid olduğu iddia edilən video sosial şəbəkələrdə yayılıb.
Sözügedən görüntülərin sosial şəbəkələrdə yayılması geniş müzakirələrə səbəb olub. Bəs bu cür görüntülərin çəkilməsi və yayılması Azərbaycan qanunvericiliyinə əsasən hansı hallarda hüquqi məsuliyyət yarada bilər?
Demokrat.az xəbər verir ki, “Real Azərbaycan” məsələ ilə bağlı Vəkillər Kollegiyasının üzvü Ramil Vəliyevin hüquqi mövqeyini öyrənib.
Vəkilin sözlərinə görə, Azərbaycan qanunvericiliyinə əsasən, şəxsin intim həyatına aid görüntülərin onun razılığı olmadan çəkilməsi və yayılması hüquqi, o cümlədən cinayət məsuliyyətinə səbəb ola bilər.
Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq, şəxsi həyatına qanunsuz müdaxilədən müdafiə olunmaq hüququnu təmin edir.
Ramil Vəliyev qeyd edib ki, görüntülərdə cinsi münasibət açıq şəkildə nümayiş etdirilirsə, məsələyə yalnız şəxsi həyatın toxunulmazlığının pozulması müstəvisində deyil, eyni zamanda pornoqrafik materialların qanunsuz yayılması baxımından da hüquqi qiymət verilməsi mümkündür.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsinə əsasən, pornoqrafik materialları və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, yayma, reklam etmə, habelə onlarla qanunsuz ticarət etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur.
Bu əmələ görə üç ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 000 manatdan 4 000 manatadək cərimə, iki ilədək islah işləri və ya üç ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq edilə bilər.
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Sözügedən görüntülərin sosial şəbəkələrdə yayılması geniş müzakirələrə səbəb olub. Bəs bu cür görüntülərin çəkilməsi və yayılması Azərbaycan qanunvericiliyinə əsasən hansı hallarda hüquqi məsuliyyət yarada bilər?