Əhəd Abıyev: Hazırda elə trenajordayam

10.01.2025

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Daşkəsən rayonunun sabiq icra başçısı Əhəd Abıyev yenidən aktiv idmana qayıtdığını bildirib.
Reyting.az
xəbər verir ki, bu barədə Teleqraf.com-a keçmiş icra başçısı Əhəd Abıyevin özü məlumat verib.
“Hazırda elə trenajordayam, aktiv idmana qayıtmışam, hər şey qaydasındadır”, - deyə o, əlavə edib.
Əhəd Abıyev xəstəliyi ilə bağlı yayılan iddialara da aydınlıq gətirib: “Yalan söhbətdir. Sağlam adamam, idmanımda, işimdə-gücümdəyəm”.
Qeyd edək ki, 15 yanvar 1958-ci ildən Masallı rayonunda anadan olan Əhəd Abıyev Milli Məclisi I, II və III çağırış deputatı, 2011–2023-cü illərdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı olub.

Ana səhifəyə dön


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью