EHF Avropa Kuboku: Kür bu gün APOEL lə cavab oyununa çıxacaq

11.10.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Qadınlardan ibarət "Kür" həndbol komandası EHF Avropa Kubokunda növbəti oyununa bu gün çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin II təsnifat mərhələsinin cavab görüşündə Kiprin APOEL kollektivi ilə üz-üzə gələcək.

"Kür" Olimpiya Tədris-İdman Mərkəzindəki qarşılaşma saat 17:00-da start götürəcək.

Ötən gün Mingəçevir klubu ilk qarşılaşmada inamlı qələbə qazanıb- 40:18.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью