Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Tibb sahəsində bir çox ixtisaslar üzrə ciddi pozuntular müşahidə olunur.
APA xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.
Əhliman Əmiraslanov bildirib ki, xüsusi ilə estetik cərrahiyə sahəsində hətta mütəxəssis olmayan, həkimlik diplomu olmayan insanların çalışması ciddi narazılıqlara səbəb oldu.