Əhliman Əmiraslanov: Ürək damar xəstəliklərinin sayı artıb

31.01.2026

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin birgə təşkilatçılığı ilə "Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər" mövzusunda keçirilən dəyirmi masada deputat, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Onun sözlərinə görə, donorların sayının üstünlük təşkil etməsi əməliyyatlara da təsir edir: "Qanunda edilən müvafiq dəyişikliklərdən sonra donor olmaq istəyənlər çoxalıb. Nəzərə alsaq ürək-damar xəstəliklərinin sayı artıb, donorlar əhəmiyyət kəsb edir. Hər bir şəxs donorluğun təbliğatı ilə məşğul olmaldır. Bu sahədə medianın üzərinə böyük məsuliyyət düşür".
Xatırladaq ki, 2025-ci il oktyabrın 31-də Qafqaz regionunda ilk dəfə olaraq Azərbaycanda meyit donorun ürəyi transplantasiya edilib.
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью