Əhliman Əmiraslanov vətəndaşların problemləri ilə maraqlanıb FOTOLAR

24.02.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

24 fevral  2025-ci il tarixdə Milli Məclisin inzibati binasında Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov vətəndaş qəbulu keçirib, onların müraciətlərini dinləyib.

"Unikal" xəbər verir ki, komitə sədri vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb.

Müraciətlər əsasən vətəndaşların müayinə və müalicəsi, ödənişsiz əməliyyatlar, əlillik və əmək pensiyaları ilə bağlı, ev və işlə təmin olunması, əfv məsələləri və digər sosial məsələlərlə bağlı olub. Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb.

Qəbulda iştirak edənlər arasında Vətən Müharibəsi içtirakçısının anasının onkoloji xəstəliyi ilə bağlı problemi yerindəcə öz həllini tapıb. 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью