Əhməd Davudoğlu məhkəmədə ifadə verəcək

03.09.2026

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Ankara Baş Prokurorluğu tərəfindən “prezidenti təhqir etmək” ittihamı ilə barəsində istintaq başladılan keçmiş baş nazir Əhməd Davudoğlu sentyabrın 7-də, saat 15:00-da Ankara Məhkəməsində şübhəli şəxs qismində ifadə verəcək.

Turkustan.az xəbər verir ki, Baş Prokurorluq sosial media platformalarında prezidentə qarşı təhqiramiz ifadələrin yer aldığı iddia edilən paylaşımlarla bağlı Davudoğluna qarşı öz təşəbbüsü ilə istintaq başladıb.

İstintaqa səbəb Davudoğlunun təxminən altı il əvvəl bir televiziya proqramında etdiyi çıxışla bağlı sosial media paylaşımlarının yenidən gündəmə gəlməsi olub.

İstintaq çərçivəsində Davudoğlu sentyabrın 7-də Ankara Məhkəməsinə gələrək şübhəli şəxs qismində ifadə verəcək.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью