Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Əhməd Yusifov dünya çempionatının finalında Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında Azərbaycan millisinin üzvü Əhməd Yusifov finala yüksəlib.
“Qafqazinfo” xəbər verir ki, -60 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz yarışa 1/16 final mərhələsindən başlayıb.
Əhməd Yusifov ardıcıl olaraq Tumenjarqal Tuvşinturu (Monqolustan), Harş Sinqhi (Hindistan), Ayub Bliyevi (Rusiya) və yarımfinalda Yan Yunq-Veyi (Çin Taypeyi) məğlub edərək həlledici görüşə vəsiqə qazanıb. Cüdoçumuz dünya çempionluğu uğrunda finalda Qazaxıstan təmsilçisi Şerzod Davlatovla qarşılaşacaq.
Milli Gimnastika Arenasında keçirilən dünya çempionatında final bloku saat 18:00-dan etibarən start götürəcək.
***
Cüdoçumuz finalda Qazaxıstan təmsilçisinə ipbonla qalib gəlib.