Əhməd Əhmədzadə BƏƏ də favoritlərdən birinə uduzub | Icma.az
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir. BƏƏ-də keçirilən "Sharjah Masters" beynəlxalq şahmat turniri davam edir.
İdman.biz xəbər verir ki, dördüncü turda Azərbaycan şahmatçısı Əhməd Əhmədzadə ilk məğlubiyyətini alıb.
O, reytinqə görə yarışın üçüncü iştirakçısı olan iranlı Parxam Maqsdudluya uduzub.
İki xal toplayan Əhmədzadə hazırda 31-ci pillədə qərarlaşıb.
Son turda bir-biri ilə heç-heçə oynayan Read Səmədov və Məhəmməd Muradlının isə hərəyə 1,5 xalı var.
Niderland təmsilçisi Aniş Giri 3,5 xalla yarışda liderlik edir.
İdman.biz Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu