Əhməd əl Şaraanın bu görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb Video

31.03.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Suriyada Ramazan bayramı münasibətilə təşkil edilən rəsmi mərasimdə ölkənin müvəqqəti prezidenti Əhməd əl-Şaraanın atası Hüseyn əl-Şaraa da iştirak edib.
Yeniavaz.com
xəbər verir ki, Əhməd əl-Şara əyilərək atasının əlini öpüb və bu görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.
Qeyd edək ki, bir müddət əvvəl Suriya prezidentinin atası yeni hökuməti tənqid edib. O, yeni hökumətin dövlət sektorunun özəlləşdirilməsi ilə bağlı qərarını böyük bir səhv adlandırıb: “Dövlət sektoru onilliklər əvvəl yaranıb, bunlar milli dəyərlərdir və xalqa məxsusdur. Əgər laqeydlik, korrupsiya və itkilər varsa, günah infrastrukturda deyil, onlara öz mülkü kimi yanaşan, heç bir təcrübəsi və marağı olmadan istədiklərini edən idarə rəhbərlərindədir”.

View this post on Instagram

A post shared by Yeniavaz.com (@yeniavaz_com)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью