Əhməd əlŞaara: “Rusiya vacib ölkədir”

30.12.2024

Icma.az bildirir, Azvision portalına istinadən.

AzVision.az xəbər verir ki, Suriyanın yeni lideri Səudiyyə Ərəbistanının “Al Arabiya” dövlət televiziyasına müsahibəsində qüdrətinə görə dünyada ikinci yeri tutan Rusiyanın vacib dövlət olduğunu vurğulayıb.
Qeyd edək ki, Moskva ilə danışıqlara başlayan yeni Suriya hakimiyyəti bütün Rusiya qüvvələrinin ölkədən dərhal çıxarılması tələbini qoymur.
“Suriya silahlarının hamısı Rusiya mənşəlidir və bir çox elektrik stansiyaları rusiyalı mütəxəssislər tərəfindən idarə olunur. Biz bəzilərinin arzuladığı kimi Rusiyanın Suriyanı tərk etməsini istəmirik”, - Əhməd əl-Şaara deyib.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью